AZƏRBAYCAN NEFTİNİN QİYMƏTİ 84 DOLLARI ÖTÜB

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 5-də 84,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,73 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 83,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,75 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 78,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,89 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 80,9 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,91 dollar/barel çoxdur.