AZƏRBAYCAN NEFTİNİN QİYMƏTİ 64 DOLLARI ÖTÜB

Azərbaycan neftinin qiyməti bahalaşır.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,57 dollar artaraq 64,34 dollar təşkil edib. Bu, son bir ilin maksimum göstəricisidir.
Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.