AZƏRBAYCAN NEFTİNİN QİYMƏTİ 124 DOLLARA YAXINLAŞIR

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,58 dollar artaraq 123,87 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.