AZƏRBAYCAN NEFTİNİN QİYMƏTİ 119 DOLLARI ÖTÜB

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 6-da 119,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,1 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 117,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,11 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 77,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,19 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 114,33 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,82 dollar/barel çoxdur.