AZƏRBAYCAN NEFTİNİN BİR BARELİ 84,6 DOLLARA SATILIR

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,65 dollar artaraq 84,6 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.