AZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİ ERMƏNİSTAN TƏRƏFİNİN AÇIQLAMASINI TƏKZİB EDİB

Sentyabrın 7-si saat 01:35 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

“Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında vurğulanıb.