AZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİ ERMƏNİSTAN MÖVQELƏRİNİN ATƏŞƏ TUTULMASI BARƏDƏ YAYILAN MƏLUMATLARI TƏKZİB EDİB

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mövqelərinin atəşə tutulması barədə yayılan məlumatları təkzib edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib

“Avqustun 27-si saat 23:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik”.