“Transfermarkt” portalı postsovet məkanı ölkələrinin ən bahalı futbolçularının adlarını açıqlayıb.
15 oyunçunun yer aldığı siyahıda Azərbaycan millisinin və Türkiyənin “Hatayspor” komandasının hücumçusu Renat Dadaşov da var. Onun dəyəri 2 milyon avro olaraq göstərilib.
Siyahıya İtaliyanın “Napoli” komandasının gürcüstanlı yarımmüdafiəçisi Xviça Kvaratsxeliya (80 milyon avro) başçılıq edir.
Postsovet məkanı ölkələrinin ən bahalı futbolçuları
1. Xviça Kvaratsxeliya – 80 milyon avro (Gürcüstan / “Napoli”)
2. Aleksandr Zinçenko – 42 milyon avro (Ukrayna / “Arsenal”)
3. Aleksandr Qolovin – 30 milyon avro (Rusiya / “Monako”)
4. Eduard Spertsyan – 18 milyon avro (Ermənistan / “Krasnodar”)
5. Baxtiyar Zaynutdinov – 6 milyon avro (Qazaxıstan / “Beşiktaş”)
6. Oleq Ryabçuk – 5 milyon avro (Moldova / “Spartak” Moskva).
7. Abbosbek Fayzullayev – 5 milyon avro (Özbəkistan / MOİK)
8. Qvidas Gineitis – 2 milyon avro (Litva / “Torino”)
9. Karl Hein – 2 milyon avro (Estoniya / “Arsenal”)
10. İlya Şkurin – 2 milyon avro (Belarus / “Stal”)
11. Renat Dadaşov – 2 milyon avro (Azərbaycan / “Hatayspor”)
12. Raymonds Krollis – 1,5 milyon avro (Latviya / “Vişkov”)
13. Rüstəm Yatimov – 1,2 milyon avro (Tacikistan / “İstiqlol”)
14. Güljigit Alıkulov – 550 min avro (Qırğızıstan / “Neman”)
15. Ruslan Minqazov – 450 min avro (Türkmənistan / “Kitçi”)