AZƏRBAYCAN MİLLİSİNİN AVROPA ÇEMPİONATI ÜÇÜN GENİŞ HEYƏTİ AÇIQLANIB

Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin geniş heyəti açıqlanıb.

Azərbaycan Voleybol Federasiyasının məlumatında bildirilib ki, heyətdə hücumçular – Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova, Ülkər Kərimova, blokçular – Ayşən Abduləzimova, Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko, oyunqurucular – Kristina Besman, Yana Doroşenko, Şəfaqət Alışanova, liberolar – Yuliya Kərimova və Bəyaz Quluyeva yer alıblar.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi bu il avqustun15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniyanın birgə ev sahibliyi ilə keçiriləcək. Yığmamızın yer aldığı C qrupuna Almaniya ev sahibliyi edəcək. Komandamızın rəqibləri isə meydan sahibi ilə yanaşı, Çexiya, Türkiyə, Yunanıstan və İsveç olacaq.