AZƏRBAYCAN MİLLİSİ FIFA REYTİNQİNDƏ İRƏLİLƏYİB

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qurumun rəsmi saytında qeyd olunur ki, yeni siyahıda Azərbaycan yığması 1 pillə irəliləyib.

Hazırda baş məşqçisiz olan komanda 1177.83 xalla 112-ci sırada qərarlaşıb.

Reytinq siyahısına əvvəlki kimi Argentina seçməsi (1858 xal) başçılıq edir. Fransa 1840,59 xalla ikincidir. Əvvəlki siyahı ilə müqayisədə 3 pillə irəliləyən Belçika (1795.23) İngiltərəni (1794.9) qabaqlayaraq üçüncü sıraya qalxıb.

Türkiyə yığması (1495.94) isə 40-cı sıraya geriləyib.