AZƏRBAYCAN MİLLİSİ ESTONİYA YIĞMASINI SUMQAYITDA QƏBUL EDƏCƏK

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Estoniya yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.

AFFA xəbər verir ki, Azərbaycan – Estoniya qarşılaşması martın 25-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək.

Oyunun başlama saatı hələ müəyyənləşməyib.