AZƏRBAYCAN MİLLİ KİTABXANASININ 100 İLLİYİ QEYD EDİLƏCƏK – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Kitabxanasının 100 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.