AZƏRBAYCAN MƏDƏNİYYƏTİ SANKT-PETERBURQDA FESTİVALDA TƏQDİM OLUNACAQ

Mədəniyyət naziri Anar Kərimov noyabrın 11-dən 13-dək Rusiyanın Sankt-Peterburq şəhərində 9-cu beynəlxalq mədəniyyət forumunda iştirak edəcək.

Bu barədə nazirliyin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycan qonaq ölkə qismində forumda möhtəşəm proqram təqdim edəcək. Bu tədbirdə Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri iştirak edəcək, ölkəmizin müasir mədəniyyəti və ənənələri nümayiş etdiriləcək.

Əlamətdar tədbirlər arasında Ermitajın zalında Azərbaycanın daimi ekspozisiyasının açılışı, Üzeyir Hacıbəylinin adını daşıyan parkda bəstəkarın gələcək heykəlinin yerində təməl atılması yer alır.

Bununla yanaşı, Mariinski teatrında Fikrət Əmirovun “Min bir gecə” baleti təqdim olunacaq, eləcə də Azərbaycandan caz ifaçılarının konserti keçiriləcək.

Vizual incəsənət gənc azərbaycanlı kinematoqrafçıların filmləri ilə təqdim olunacaq.

Sank-Peterburq beynəlxalq mədəniyyət forumu Rusiya hökuməti, Mədəniyyət Nazirliyi və Sankt-Peterburq rəhbərliyi tərəfindən təşkil olunur. 2021-ci ildə “Qonaq ölkə” statusu Azərbaycan, Fransa və Cənubi Koreyaya verilib.