AZƏRBAYCAN KİLSƏDƏ TÖRƏDİLƏN TERROR AKTINA GÖRƏ SURİYAYA BAŞSAĞLIĞI VERİB

Azərbaycan Dəməşqdə kilsədə törədilən terror aktına görə Suriyaya başsağlığı verib.

Bu barədə Azərbaycan Xarixi İşlər Nazirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

“Suriyanın paytaxtı Dəməşqdə Mar St. Elias kilsəsinə edilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik.

Qurbanların ailələrinə və bu əsassız zorakılıq aktından zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı veririk.

Biz Suriya hökuməti və xalqı ilə həmrəyik, ekstremizmə qarşı birliyə çağırırıq”, – paylaşımda qeyd edilib.