AZƏRBAYCAN KARATEÇİSİ FİRDOVSİ FƏRZƏLİYEV “TOKİO-2020”DƏ İLK QƏLƏBƏSİNİ QAZANIB

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev “Tokio-2020” Yay Olimpiya Oyunlarında ilk qələbəsini qazanıb.

67 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz A qrupunda növbəti döyüşünü keçirib. Təmsilçimiz Yaponiya idmançısı Naoto Saqonu 1:0 hesabı ilə üstələyib.

Karateçimiz daha sonra Darxan Assadılov (Qazaxıstan) və Əli Elsavi (Misir) ilə qarşılaşacaq.

Karateçimiz ilk görüşünü Eray Şamdana (Türkiyə) qarşı keçirib və 1:7 hesabı ilə məğlub olub.

Qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.