AZƏRBAYCAN İSRAİLLƏ ENERJİ SİSTEMİ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDİB

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəhbəri Baba Rzayevlə İsrailin Azərbaycandakı səfiri Corc Dikin görüşü olub.
Görüşdə İsraillə Azərbaycan enerji sistemləri arasındakı əməkdaşlıq münasibətləri barədə müzakirələr aparılıb.
İsrail səfirinin 44 günlük Vətən müharibəsi zamanı – ötən ilin oktyabrın 23-də erməni terrorçuları tərəfindən törədilmiş raket hücumlarının fəsadları ilə tanış olmaq məqsədilə Gəncə və Mingəçevir şəhərlərinə səfər etməsi, o cümlədən ermənilərin hədəfə aldığı Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-də olması görüş zamanı xüsusi xatırlanıb.
Görüşdə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən enerji layihələri, o cümlədən xarici investorların layihələrə maraq göstərməsi ətrafında fikir mübadiləsi aparılıb.