
Azərbaycanla İran sərhədində zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, saat 05:18-də baş verən 5.1 maqnitudalı zəlzələ Azərbaycanın rayonlarında 5-3 bala qədər hiss edilib.
