AZƏRBAYCAN-İRAN SƏRHƏDİNDƏ 14 ZASTAVANIN FƏALİYYƏTİ BƏRPA OLUNUB

İşğaldan azad edilən ərazilərdə DSX tərəfindən geniş işlər görülüb. Azərbaycan-İran sərhədində 14 zastavanın fəaliyyəti bərpa olunub.

Bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenat Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan dövlət sərhədində 110 döyüş məntəqəmiz var: “Hazırda orada xidmət davam edir. Ərazilərdən minalardan təmizlənməsi üzrə də kifayət qədər işlər görülüb və görülür”.