AZƏRBAYCAN İNVESTİSİYA HOLDİNQİNİN MÜŞAHİDƏ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

7 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Baş naziri, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində AİH-in idarəetməsinə verilmiş Portfel şirkətlərinin 2022-ci ilin birinci yarımilliyi üzrə fəaliyyət Hesabatı, Portfel şirkətlərinin korporativ idarəetmə standartları, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin hüquqi-korporativ strukturunun təkmilləşdirilməsi və istiqraz buraxılışı, “Azərbaycan Hava Yolları” QSC-ə aid xüsusi əhəmiyyətli əqdin bağlanması və digər cari məsələlər ətraflı müzakirə olunub.

Nazirlər Kabinetindən bildirilib ki, Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayevin və Baş icraçı direktoru Ruslan Əlixanovun, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin məruzələri dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və AİH-in İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.