AZƏRBAYCAN İNVESTİSİYA HOLDİNQİNİN İDARƏETMƏSİNƏ VERİLƏCƏK MÜƏSSİSƏLƏRİN SİYAHISINA DƏYİŞİKLİK EDİLİB – FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nın 11-ci hissəsi və 16.2 – 16.5-ci bəndləri ləğv edilir.

Həmin bəndlər “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcəyini nəzərdə tuturdu.