AZƏRBAYCAN İLƏ QAZAXISTAN ARASINDA HƏRBİ TƏHSİL SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLİB

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qazaxıstana rəsmi səfəri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası adına Milli Müdafiə Universitetini ziyarət edib.

Universitetlə tanışlıqdan sonra müdafiə naziri universitetin rəisi general-mayor Lut Alçekenovla görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.