AZƏRBAYCAN İLƏ ÖZBƏKİSTAN ARASINDA HƏRBİ-TEXNİKİ ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ TƏSDİQLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” Sazişi təsdiq edib.

Saziş 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanıb.