AZƏRBAYCAN İLƏ GÜRCÜSTAN ARASINDA MÜDAFİƏ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ TƏSDİQLƏNİB

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

Qanuna əsasən, 2023-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.