AZƏRBAYCAN İLƏ ABŞ ARASINDA HUMANİTAR MİNATƏMİZLƏMƏ SAHƏSİNDƏ GƏLƏCƏK ƏMƏKDAŞLIQ PERSPEKTİVLƏRİ MÜZAKİRƏ EDİLİB

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon ilə görüş keçirib.

Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı ölkəmizin üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə qonağa geniş təqdimat edilib.

Görüşdə, humanitar minatəmizləmə sahəsində gələcək əməkdaşlıq perspektivləri və ABŞ tərəfindən dəstək imkanları, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.