
Aprelin 16-17-də Astanada II Mərkəzi Asiya Media Forumu keçirilir.
Tədbirdə Qazaxıstan, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Böyük Britaniya, Çin, Qətər, Rusiya və digər ölkələrin media rəhbərləri və tanınmış ekspertləri iştirak edirlər.
Forumun panel sessiyalarında iki gün ərzində Mərkəzi Asiya dövlətlərinin media sektorunda inkişaf perspektivləri və əməkdaşlıq imkanları, qlobal medianın inkişafı, gələcəyin informasiya landşaftının formalaşması, süni intellekt və böyük informasiya axını dövründə medianın rəqəmsal transformasiyası, sosial şəbəkələrin ölkənin imicinin təbliğində rolu müzakirə olunur.
Tədbirdə Qazaxıstan və xarici media rəhbərləri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin əməkdaşları, universitet tələbələri, nüfuzlu şəxslər, media ekspertləri üçün “Euronews”, CNN, “Yandex” və başqalarının aparıcı mütəxəssisləri tərəfindən ustad dərsləri təşkil olunacaq.