
Azərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən atçılığın dresaj növü üzrə cavan və böyük əsas atlar (“Qızıl Tur”) arasında “Maksima Masters” çempionatında daha üç qızıl medal qazanıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, idmançı buna böyük əsas atlar arasında təşkil olunan yarışda nail olub.
Turnirdə 3 atla iştirak edən A.Əlibəyov daha əvvəl iki qızıl medal əldə edib.
Qeyd edək ki, “Maksima Masters” çempionatı aprelin 7-dək davam edəcək.