AZƏRBAYCAN İDMANÇILARININ NOYABR AYI ÜÇÜN REYTİNQ CƏDVƏLİ AÇIQLANIB

Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2023-cü ilin noyabrın 1-nə olan reytinq cədvəlini açıqlayıb.

Siyahıya 610 xalla bədii gimnast Zöhrə Ağamirova liderlik edir. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası 540 xalla ikincidir. 355 xal toplayan idman gimnastı Nikita Simonov isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.