İngiltərənin Birmingem şəhərində keçirilən IBSA dünya oyunları başa çatıb.
Mötəbər yarışda ölkəmiz cüdo və şahmat idman növlərində təmsil edilib.
Paracüdoçularımız yarışı iki gümüş, bir bürünc medalla, şahmatçıların yarışında isə komandamız 5-ci yerdə oyunları başa vurub.
Qeyd edək ki, dünya oyunlarında cüdo üzrə ölkəmizi kişilərin mübarizəsində İlham Zəkiyev (+90 kiloqram), qadınlarda isə Xanım Hüseynova (70 kiloqram) Şəhanə Hacıyeva (48 kiloqram) təmsil ediblər.