AZƏRBAYCAN “HAVA GƏMİLƏRİNDƏ TÖRƏDİLMİŞ CİNAYƏTLƏR VƏ BƏZİ DİGƏR AKTLAR HAQQINDA” KONVENSİYADA DƏYİŞİKLİK EDİLMƏSİNƏ DAİR PROTOKOLA QOŞULUB

Prezident İlham Əliyev “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair Protokola qoşulmaq barədə qanunu təsdiqləyib.

Qanunda deyilir:

“Azərbaycan Respublikası “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair 2014-cü il aprelin 4-də Monreal şəhərində imzalanmış Protokola qoşulsun”.