AZƏRBAYCAN HƏRBİ DƏNİZ QÜVVƏLƏRİNİN GƏMİLƏRİ RUSİYA FEDERASİYASINDA SƏFƏRDƏDİR

Azərbaycan Respublikası və Rusiya Federasiyası Müdafiə nazirlikləri arasında birgə hərbi fəaliyyətlər planına uyğun olaraq, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “G-121” və “G-129” gözətçi gəmiləri Rusiya Federasiyasında səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Rusiya Federasiyasının Xəzər Dəniz Flotilyasının Kaspiysk Limanında hərbi dənizçilərimizin təntənəli qarşılanma mərasimi keçirilib.


Qeyd edək ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmi və şəxsi heyəti bir sıra tədbirlərdə iştirak edəcək.