AZƏRBAYCAN HƏRBÇİLƏRİ TÜRKİYƏDƏ AKINCI KURSUNDA İŞTİRAK EDİBLƏR

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu iki qardaş ölkə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində “AKINCI silahlı pilotsuz uçuş aparatının istismarı kursu”nda iştirak ediblər.

Müdafiə Nazirliyindən verilən məlumata görə, türkiyənin Baykar Müdafiə sənayesi şirkətinin təşkilatçılığı ilə Təkirdağ şəhərində yerləşən Çorlu Təlim Uçuş Mərkəzində keçirilən kursun növbəti buraxılış mərasimi olub.

Mərkəzin rəhbəri Halil Akar açılış nitqi ilə mərasim iştirakçılarını salamlayaraq, təlim mərkəzi haqqında geniş məlumat verib və məzunlara öz səmimi arzularını çatdırıb.

Sonda kursu müxtəlif ixtisaslar üzrə müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikat və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.