AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASININ VIII QURULTAYI KEÇİRİLİR

Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilir.

Qurultayda xarici qonaqların və AHİK-in sosial tərəfdaşlarının nümayəndələri çıxış edəcək, hesabat məruzələri dinləniləcək.

Həmçinin, AHİK-in üzv təşkilatlarının nümayəndələrinin çıxışı və gündəlikdə duran məsələlərin müzakirəsi, qərarların qəbul edilməsi planlaşdırılıb.