AZƏRBAYCAN-GÜRCÜSTAN SƏRHƏDİNDƏ ZƏLZƏLƏ OLUB

İyulun 17-də Azərbaycan-Gürcüstan sərhədində zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu xəbər verir ki, zəlzələ Zaqatala stansiyasında 61 kilometr cənub-qərbdə Gürcüstan ərazisində qeydə alınıb.

Yerli vaxtla saat 06:09-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8-ə bərabər olub.