AZƏRBAYCAN-GÜRCÜSTAN HÖKUMƏTLƏRARASI KOMİSSİYANIN TƏRKİBİ DƏYİŞİB

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla “Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamının 1-ci hissəsinə “Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri” sözlərindən sonra “Azərbaycan Respublikasının energetika naziri” sözləri, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözlərindən sonra “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti” sözləri əlavə edilir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Gürcüstan tərəfinə bildiriş göndərəcək.