
Azərbaycan güləşçiləri Rusiyanın müxtəlif şəhərlərində təşkil edilən yarışlarda iştirak ediblər.
Yakutskda keçirilən sərbəst güləş üzrə turnirdə Ali Tsokayev (86 kiloqram) bütün rəqiblərinə qalib gələrək çempion olub. Cəbrayıl Hacıyev (79 kiloqram) isə üçüncü yeri tutub.
Tarko-Sale şəhərində isə yunan-Roma güləşi üzrə yarış baş tutub. Turnirdə Fərid Sadıxlı (55 kiloqram), Nihad Quluzadə (60 kiloqram) və Məhəmməd Əhmədiyev (97 kiloqram) bürünc medal qazanıb.
