AZƏRBAYCAN GÜLƏŞÇİLƏRİ BEYNƏLXALQ YARIŞLARDA ÜÇ BÜRÜNC MEDAL QAZANIBLAR

Rusiyanın Nefteyuqansk şəhərində keçirilən sərbəst güləş üzrə beynəlxalq turnirdə Azərbaycanın iki idmançısı fəxri kürsüyə qalxıb.

Rəşid Babazadə (65 kiloqram) və Şamil Zubairov (97 kiloqram) üçüncü yeri tutub.

Qazaxıstanın Çimkənd şəhərində isə yunan-Roma güləşi üzrə beynəlxalq yarış təşkil edilib. Məhəmməd Şükürzadə (60 kiloqram) vətənə bürünc medalla qayıdıb.