AZƏRBAYCAN GİMNASTLARI DÜNYA KUBOKUNDA FİNALA YÜKSƏLİBLƏR

İdman gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.

Federasiya xəbər verir ki, kişilərin yarışında Nikita Simonov halqalar üzrə proqramı uğurla yerinə yetirərək, həlledici mərhələyə yüksəlib.

Qadınlarda isə dayaqlı tullanma proqramında Nazənin Teymurova finala vəsiqə qazanıb.

Qeyd edək ki, yarışa aprelin 20-də yekun vurulacaq.

Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər