AZƏRBAYCAN GİMNASTLARI BEYNƏLXALQ YARIŞLARDA FİNALA VƏ YARIMFİNALA YÜKSƏLİBLƏR

Azərbaycan gimnastları Böyük Britaniyanın Birmingem şəhərində batut gimnastikası və tamblinq üzrə keçirilən dünya yaş qrupları yarışında, eləcə də 1-ci dünya çempionatında mərhələ adlayıblar.

Federasiyadan verilən məlumata görə, yığma komandanın üzvlərindən İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Samirə Hüseynova və Ayan Şabanova sinxron proqramda finala yüksəliblər.

İ. Mustafazadə və A. Baxşaliyev həmçinin 1-ci dünya çempionatında yarımfinala vəsiqə qazanıblar.

Qeyd edək ki, hər iki turnirə noyabrın 19-da yekun vurulacaq.