AZƏRBAYCAN GİMNASTLARI ALMANİYADAKI TURNİRDƏ FƏXRİ KÜRSÜYƏ QALXIBLAR

Batut gimnastikası üzrə Azərbaycan millisi Almaniyanın Kotbus şəhərində keçirilən “GymCity Open” beynəlxalq yarışında uğurla çıxış ediblər.

Azərbaycan Gimnastika Federasiyasından (AGF) verilən məlumata görə, yığma üzvləri sinxron proqramda 1-ci və 2-ci yerin sahibi olublar.

Yeniyetmələr arasında Əli Niftəliyev və Ammar Baxşalıyev, böyüklərdə isə Hüseyn Abbasov ilə Nicat Mirzəyev fərqləniblər.