AZƏRBAYCAN GİMNASTI DÜNYA KUBOKUNDA FİNALA YÜKSƏLİB

Azərbaycanın idman gimnastı Nazənin Teymurova Macarıstanın Sombatxey şəhərində keçirilən “Challenge” seriyasına aid FIG Dünya Kubokunda finala yüksəlib.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yığma üzvü dayaqlı tullanma proqramı üzrə həlledici mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, ötən gün start götürən Dünya Kubokuna oktyabrın 6-da yekun vurulacaq.