AZƏRBAYCAN GİMNASTI AVROPA ÇEMPİONATINDA FİNALA YÜKSƏLİB

Azərbaycan gimnastı Aleksey Karataşov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən batut gimnastikası, ikili-mini batut və tamblinq üzrə Avropa çempionatında finala yüksəlib.

Azərbaycan Gimnastika Federasiyasından verilən xəbərə görə, idmançı tamblinq üzrə yarışda buna nail olub.

Qeyd edək ki, Avropa çempionatına aprelin 7-də yekun vurulacaq.