AZƏRBAYCAN FİLMLƏRİ BEYNƏLXALQ FESTİVALIN MÜKAFATINA LAYİQ GÖRÜLÜB

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən IV Lendok Beynəlxalq Film Festivalında ölkəmiz də təmsil olunub.

Proqramında bədii və sənədli filmlərin yer aldığı festivalın müsabiqə proqramına Rusiya, Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və digər ölkələrdən ümumilikdə 10 ekran əsəri daxil edilib.

Onların arasında azərbaycanlı rejissorlar Asif Rüstəmovun “Mərmər soyuğu” və Hikmət Rəhimovun “Çılpaq” filmləri də var.

Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi Lendokun ən yaxşı birgə istehsala görə xüsusi mükafatını qazanıb. Hikmət Rəhimovun “Çılpaq” filmi isə ən yaxşı operator işinə görə münsiflərin xüsusi diplomuna layiq görülüb.

Qeyd edək ki, azərbaycanlı rejissor və prodüser Fariz Əhmədov isə festivalda münsif kimi iştirak edir. O, “Lendok”un sənədli filmlər üzrə jürisinə başçılıq edir. Bədii filmlər üzrə münsiflər heyətinin rəhbəri isə özbəkistanlı rejissor, ssenarist Əli Xamrayevdir.