AZƏRBAYCAN-ERMƏNİSTAN SƏRHƏDİNİN DELİMİTASİYASI ÜZRƏ KOMİSSİYANIN İKİNCİ GÖRÜŞÜNÜN VAXTI VƏ YERİ AÇIQLANIB

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü gələn həftə Moskvada keçiriləcək.

Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

“Ümid edirik ki, görüş gələn həftə baş tutacaq”, – nazir müavini jurnalistlərin suallarını cavablandırarkən deyib.

Qeyd edək ki, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında ötən gün Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib. Komissiyanın ikinci görüşünün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.