AZƏRBAYCAN DÖYÜŞÇÜSÜ AMİL MUSTAFAYEV QAZAXISTANDA QƏLƏBƏ QAZANIB

“ASED Fighting Championship” (AFC ASED) liqasının iştirakçısı və Şəhid Rafət Qulamov adına döyüş klubunun təmsilçisi Amil Mustafayev növbəti qələbəsini qazanıb.

Təmsilçimiz Qazaxıstanın “Octagon” liqasının 29-cu seriyasında gücünü sınayıb. MMA döyüşçümüz yerli idmançı Amonjol Jumabayev ilə qarşılaşıb.

Üç raundun nəticəsinə görə, hakimlər idmançımızı qalib elan ediblər.