“AZƏRBAYCAN DÖVLƏT SU EHTİYATLARI AGENTLİYİ YANINDA SULARIN İSTİFADƏSİNƏ VƏ MÜHAFİZƏSİNƏ DÖVLƏT NƏZARƏTİ XİDMƏTİ HAQQINDA ƏSASNAMƏ” TƏSDİQ EDİLİB

Prezident İlham Əliyev “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə” təsdiq edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.