
Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanının ikinci cəhdinin vaxtı açıqlanıb.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Məlumata görə, Azərbaycan dili (dövlət dili kimi) imtahanının ikinci cəhdi 21 iyun tarixində keçiriləcək.
İmtahan üçün qeydiyyat isə 25 may-2 iyun tarixlərində aparılacaq.
Qeyd edək ki, Azərbaycan dili imtahanı iki dəfə keçirilir. İmtahanın birinci mərhələsi mayın 3-də keçirilmişdi.
