AZƏRBAYCAN DAHA BİR BEYNƏLXALQ SAZİŞİ TƏSDİQ EDİR

Milli Məclis daha iki beynəlxalq və dövlətlərarası sənədi təsdiq edəcək.

Bu barədə məsələlər parlamentin sentyabrın 30-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Belə ki, iclas zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanunun layihəsi və “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu arasında məktublar mübadiləsi formasında bağlanmış Sazişin təsdiq edilməsi haqqında” qanunun layihəsi deputatların müzakirəsinə çıxarılacaq.

Sənədlərin müzakirələrdən sonra səsverməyə qoyularaq təsdiq edilməsi nəzərdə tutulur.