AZƏRBAYCAN DAHA BİR BEYNƏLXALQ REYTİNQDƏ MÖVQEYİNİ YAXŞILAŞDIRIB

“Global Firepower” saytı 2021-ci il üzrə “Global Firepower Index” reytinqini dərc edib.

Azərbaycan bu reytinqdə 138 ölkə arasında 63-cü yerdə qərarlaşıb. Ötənilki reytinqdə Azərbaycan 64-cü yerdə idi.

Cənubi Qafqazın digər ölkələrinə gəldikdə, Gürcüstan builki reytinqdə 92-ci, Ermənistan isə 100-cü olub.

Qeyd edək ki, “Global Firepower Index” (“Qlobal atəş gücü”) reytinqi aviasiya, zirehli texnika, müxtəlif qoşunların göstəriciləri, eləcə də təbii ehtiyatlar, işçi qüvvəsi, nəqliyyat və logistika imkanları da daxil olmaqla 50 amil əsasında tərtib olunur.