AZƏRBAYCAN DƏNİZ NAVİQASİYA AVADANLIQLARI ÜZRƏ BEYNƏLXALQ TƏŞKİLAT HAQQINDA KONVENSİYAYA QOŞULUB

Azərbaycan Respublikası “Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya”ya qoşulub.

Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

Qanuna əsasən, Azərbaycan Respublikası 2021-ci il yanvarın 27-də Paris şəhərində imzalanmış “Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya”ya qoşulub.