Azərbaycan Cüdo Federasiyasının prezidenti postunda Rövnəq Abdullayevi Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əvəzləyib.
Bu barədə qərar federasiyanın bu gün keçirilən növbədənkənar konfransında qəbul edilib.
Rəşad Nəbiyev növbəti 4 il ərzində quruma rəhbərlik edəcək.